23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mehri əhalisi Paşinyanı qovmaq üçün ayağa qalxdı - VİDEO

Mehri əhalisi Paşinyanı qovmaq üçün ayağa qalxdı - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik vilayətinə səfəri etirazlara səbəb olub.

GununNebzi.az xəbər verir ki, Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb. Hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Askiya iştirakçıları Nikol Paşinyanın Mehri şəhərini tərk etməsini tələb ediblər. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb.

Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər “Nikol satqın”, “Nikol türk” şüarları səsləndirib, polis isə baş nazirin avtomobil karvanının keçməsi üçün etirazçıları dağıtmağa çalışır.


Tarix: 21-04-2021, 11:40 Oxunub: 80


Bölməyə aid digər xəbərlər