15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub, xəsarət alanlar var/ VİDEO+YENİLƏNİB

Gürcüstanda yerli azərbaycanlılara kütləvi hücumun təfərrüatı məlum olub, xəsarət alanlar var/ VİDEO+YENİLƏNİB


Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıya məxsus mağazanın önündə baş verən kütləvi davanın təfərrüatları məlum olub.

GununNebzi.az xəbər verir ki, marketin satıcısı Səidə İsmayılova bu cür insidentlərin tez-tez baş verdiyini bildirib.

Onun sözlərinə görə, mağazaya daxil olan gənclər nisyə pivə almaq istəyiblər: “Mağazanın sahibi burada yox idi, həmin səbəbdən də bunun mümkün olmadığını dedim. Onlar mənə hədə-qorxu gəldilər, təhqir etdilər. Mübahisədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olarkən 40-50 nəfərlik kütlə mağazaya hücum edib”.

S.İsmayılova qeyd edib ki, Dmanisidə azərbaycanlılara məxsus ticarət obyektlərində bu cür hal ilk dəfə deyil baş verir: “Polisə bununla bağlı şikayətlər olunsa da, hələ heç bir ölçü götürülməyib”.

Hazırda insidentin baş verdiyi ərazidə istintaq tədbirləri həyata keçirilir. Yerli azərbaycanlılar marketin yaxınlığında toplaşıblar. Onlar hadisənin etnik zəmində baş verdiyini iddia edirlər.

“Report”

23:08

Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

GununNebzi.az xəbər verir ki, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir.

Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.




(Unikal.org)

Tarix: 17-05-2021, 07:35 Oxunub: 276


Bölməyə aid digər xəbərlər
7-02-2021, 15:40 Azərbaycanda kütləvi dava