21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Peskovun oğlu azərbaycanlı iş adamı ilə ortaq oldu

Peskovun oğlu azərbaycanlı iş adamı ilə ortaq oldu

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun oğlu Nikolay Peskov “Vecon Construction” şirkətinin səhmlərinin 33 faizini alıb.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, “SPARK-İnterfaks”ın verdiyi məlumata görə, Nikolay Peskovun şirkət səhmlərində ortağının azərbaycanlı iş adamı Şirin Quliyev olduğu bildirilir. Onun daha əvvəl restoran biznesi ilə məşğul olduğu və “Şafran” restoran şəbəkəsinə rəhbərlik etdiyi qeyd olunub.

“Vecon Construction” şirkəti bu ilin mart ayında Türkiyədən olan başqa bir iş adamı - Cem Erbakis tərəfindən təsis edilib. Bir ay sonra, şirkət səhmlərinin 100%-i Mariya Zaxarova Borisovna adlı şəxs tərəfindən alınıb. 27 mayda isə N. Peskov şirkət səhmlərinin 33 faizinə sahib olub.

Şirkətin veb saytı yoxdur. “SPARK-İnterfaks”ın verdiyi məlumata görə, şirkət əsas fəaliyyəti olan ağac, tikinti materialları və sanitariya avadanlıqları ticarətindən əlavə mebel təmiri və ət ticarəti ilə də məşğuldur.

Tarix: 1-06-2021, 23:46 Oxunub: 233


Bölməyə aid digər xəbərlər