21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

104 yaşlı qadın iki pandemiyaya qalib gəldi

İtaliyalı 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.

RG.ru xəbər verir ki, Biella şəhərində yaşayan qadın virusun öhdəsindən gələ bilib.

1918-ci ildə 100 milyona yaxın insanın ölümünə səbəb olan “ispan qripi”nin də öhdəsindən gəlməyi bacaran Zanusso koronavirusa qalib gələn ən yaşlı insan hesab edilir.

Martın 17-də 20 nəfərin koronavirusdan öldüyü “Qocalar Evi”ndə virusa yoluxduğu məlum olan qadın yüksək hərarətlə xəstəxanaya yerləşdirilib. Yaşının çoxluğuna və vəziyyətinin ağır olmasına baxmayaraq, o, xəstəlikdən sağalıb.

“Bir anda yataqdan qalxdı və stulda oturdu. Onun sağalması oxşar vəziyyətdə olan hər kəs üçün sevinc və ümid yaradır”, - deyə Zanussonu müalicə edən həkimi Karla Furno Markiz deyib.


Tarix: 6-04-2020, 17:28 Oxunub: 80


Bölməyə aid digər xəbərlər