15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Daha təhlükəli ştammlar yarana bilər - ÜST

Daha təhlükəli ştammlar yarana bilər - ÜST

Koronavirus pandemiyası hələ başa çatmır və COVID-19-un yeni daha təhlükəli ştammları yarana və yayıla bilər”.

GununNebzi.az
xəbər verir ki, bu haqda məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsinin bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, milli, regional və qlobal səylərə baxmayaraq, pandemiya hələ başa çatmır. Həmçinin bildirilir ki, pandemiya inkişaf etməyə davam edir və qlobal olaraq narahatlıq doğuran 4 variant üstünlük təşkil edir. Bununla yanaşı, komitə yeni və daha təhlükəli ştammların yarana və dünya üzrə yayıla biləcəyi ilə bağlı yüksək ehtimalların olduğunu qəbul edib. Qeyd olunur ki, bu ştammlara nəzarət etmək də çətin olacaq.

ÜST-nin məlumatına görə, son sutka ərzində dünyada 516 528 nəfər koronavirusa yoluxub. Bununla da, dünyada koronavirus infeksiyasına ümumi yoluxanların sayı 188 128 952 nəfər təşkil edib. Pandemiya dövründə 4 059 339 nəfər virusdan dünyasını dəyişib, 3,4 milyarddan çox insan isə peyvənd olunub.

Tarix: 16-07-2021, 15:30 Oxunub: 133


Bölməyə aid digər xəbərlər