23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əfqanıstan prezidenti 4 maşın pulla ölkədən qaçdı – Rusiyadan ŞOK İDDİA

Əfqanıstan prezidenti 4 maşın pulla ölkədən qaçdı – Rusiyadan ŞOK İDDİA

Əfqanıstandan qaçan Prezident Əşrəf Qaninin ölkəni tərk edərkən özü ilə birlikdə 4 maşın pul götürdüyü və pulların bir hissəsinin helikopterə sığmadığı üçün uçuş zolağında qaldığı iddia edilib.

GununNebzi.az
teleraf-a istinadən xəbər verir ki, Taliban paytaxt Kabili mühasirəyə aldıqdan sonra Qaninin tərk edərkən ölkəni külli miqdarda pulla tərk etdiyi iddia edilib.

Rusiya mediasının iddiasına görə, Əfqanıstan prezidenti pulla dolu dörd maşın və vertolyotla ölkədən qaçıb. Özüylə götürdüyü pullar helikopterə sığmadıqda banknotlar uçuş zolağında qalıb.

Rusiyanın Kabildəki Səfirliyinin sözçüsü Nikita İşçenko bildirib ki, rejimin dağılmasını ən yaxşı ifadə edən şey, Qaninin Əfqanıstandan qaçmasıdır:

“Dörd maşın pulla dolmuşdu, pulun bir hissəsini helikopterə doldurmağa çalışdılar, amma sığmadı. Pulun bir hissəsi yolda qaldı”.(Manset.az)

Tarix: 17-08-2021, 11:24 Oxunub: 119


Bölməyə aid digər xəbərlər