21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiyadan Telman İsmayılovla bağlı yeni QƏRAR

Rusiyadan Telman İsmayılovla bağlı yeni QƏRAR

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Monteneqronun azərbaycanlı biznesmen Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəblərini araşdırmaq barədə göstəriş verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya İstintaq Komitəsi Monteneqro tərəfinin bu qərarı ilə razılaşa bilməz. Buna görə də Bastrıkin qurumun beynəlxalq hüquq idarə ilə Rusiya Xarici İşlər Nazirliyinin birlikdə Monteneqronun Telman İsmayılovu verməkdən imtina etməsinin səbəblərini ətraflı öyrənib, hesabat hazırlamağı tapşırıb.

Xatırladaq ki, Rusiyada iki nəfərin qətlində və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Dünən isə iş adamının vəkili onun Monteneqroda siyasi sığınacaq aldığın və təcridxanadan buraxıldığını açıqlayıb.

Tarix: 23-10-2021, 18:28 Oxunub: 144


Bölməyə aid digər xəbərlər