15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Bu, Moskva qarşısında yeni məsuliyyətlər qoyur”

“Bu, Moskva qarşısında yeni məsuliyyətlər qoyur”

Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır”.

GununNebzi.az
xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi bölgələrdə yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur:

“Laçın dəhlizinin istifadəsində problemlər axtarır. Bəzən hansısa provikasiyalara şahidlik edirik. Zəngəzur Dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu, öz əksini tapmalıdır”.

B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişəsinin həllində regional ölkələrlə gərgin iş aparır:

“Biz yeni platforma təklif edirik. Bura Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışır”.

Tarix: 6-11-2021, 10:18 Oxunub: 198


Bölməyə aid digər xəbərlər