02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Brüssel sammitinin mövzuları açıqlandı

Brüssel sammitinin mövzuları açıqlandı

Dekabrın 16-da Brüsseldə keçiriləcək Aİ sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya ilə Ukrayna sərhədində və Belarus ətrafında vəziyyət müzakirə olunacaq,

GununNebzi.az
xəbər verir ki, bu barədə vropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dəvət məktubunda yazıb.

Aİ-nin 2021-ci ildəki sonuncu sammiti dekabrın 16-da Brüsseldə əyani formatda keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti keçiriləcək.

“Koronavirus bizim diqqətimizdə qalır: yeni variantlar, peyvəndlər və revaksinasiyaların ortaya çıxması, dezinformasiyaya qarşı mübarizə... Biz həmçinin enerji qiymətlərinin artımını və onların vətəndaşlarımıza və biznesimizə təsirini də nəzərdən keçirəcəyik», - deyə Mişel qeyd edib.

Aİ Şurası rəhbəri həmçinin qeyd edib ki, sammitdə Belarusdakı vəziyyəti, Belarus rejiminin başlatdığı hibrid hücuma ən yaxşı şəkildə necə müqavimət göstərəcəklərini müzakirə edəcəklər.

“Biz Rusiyanın Ukrayna ilə sərhədlər yaxınlığında hərbi birləşmələri yerləşdirməsini müzakirə edəcəyik. Ukraynaya qarşı istənilən hərbi təcavüzün böyük nəticələri və ciddi cavabları olacaq”, - deyə Mişel vurğulayıb. “Qafqazinfo”

Tarix: 14-12-2021, 18:48 Oxunub: 168


Bölməyə aid digər xəbərlər