21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Ukraynada rus komandir buna görə İNTİHAR ETDİ

Ukraynada rus komandir buna görə İNTİHAR ETDİ

Rusiya ilə Ukrayna arasında qarşıdurmalar davam edərkən, Ukrayna Müdafiə Nazirliyi ölkədəki müharibədə iştirak edən rus tank alayının komandirinin intihar etdiyini iddia edib.

GununNebzi.az
xəbər verir ki, Ukraynadan verilən açıqlamada rus tank alayının komandirinin bölməsindəki bütün vasitələrin istifadəyə yararsız olması səbəbindən intihar etdiyi bildirilib.

"Rusiya Federasiyasının 13-cü Tank Diviziyası. “Tank alayı”nın komandiri bölmənin ehtiyat tanklarının vəziyyətini öyrəndikdən sonra düşdüyü ağır vəziyyətə görə özünü güllələyib" - deyə məlumatda qeyd olunub.

Açıqlamada, Rusiya qüvvələrinin baxımsız qalan hərbi maşınlarla bağlı problem yaşadığı və tankların çoxunun yararsız hala düşdüyü də iddia edilib.

"Rusiya Bryansk vilayətində döyüş meydanında yararsız vəziyyətə düşmüş avadanlıqları təmir etmək üçün anbar və təmir obyektləri tikib. Hazırda Rusiya uzunmüddətli saxlama anbarlarından xeyli miqdarda avadanlığı “istifadəyə” verməyə çalışır”, - deyə məlumatda bildirilir.

"Unikal"

Tarix: 27-03-2022, 16:21 Oxunub: 281


Bölməyə aid digər xəbərlər