21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Krım tatarları zor gücünə müharibəyə aparılır

Krım tatarları zor gücünə müharibəyə aparılır

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmələri üçün Krımda məcburi səfərbərliyə başlayıb.

GununNebzi.az
xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan haqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova deyib.

Bildirilib ki, ənənəvi çağırış kampaniyası aprel ayından başlamalıdır, amma martın 29-da Simferopolda çağırış komissiyalarının sədrləri, rayonların hərbi komissarları və çağırış kampaniyasında iştirak edən digər vəzifəli şəxslərin toplanışı keçiriləcək.

“Krımlılar aktiv şəkildə çağırış vərəqələri alırlar. Ukraynanın materik hissəsinə gedən yol bağlı olduğundan cinayət çağırışlardan yayınmaq üçün hərbi mükəlləfiyyətli kişilər yarımadanın ərazisini Rusiya vasitəsilə tərk etməyə çalışırlar”, - Denisova bildirib.

Onun sözlərinə görə, Krım tatarları zor gücünə müharibəyə aparılır, getməyəcəkləri təqdirdə ailələri ilə şantaj olunurlar.(Manset.az)

Tarix: 27-03-2022, 18:17 Oxunub: 87


Bölməyə aid digər xəbərlər