02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Türkiyə və Özbəkistan yeni əməkdaşlıq sənədləri imzaladılar

Türkiyə və Özbəkistan yeni əməkdaşlıq sənədləri imzaladılar

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2-ci İclasında iştirak ediblər.

GununNebzi.az
xəbər verir ki, Şavkat Mirziyoyev Rəcəb Tayyib Ərdoğanı və nümayəndə heyətinin digər üzvlərini salamlayaraq, əməkdaşlığın inkişafından məmnun olduğunu bildirib, dövlət strukturları, işgüzar və ictimai dairələr arasında, parlamentlərarası əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addım atıldığını söyləyib.

Dövlət başçısı vurğulayıb ki, Özbəkistan bundan sonra da Türkiyə ilə çoxplanlı əməkdaşlığın inkişafında maraqlıdır.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkələr arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə qarşılıqlı etimad şəraitində durmadan inkişaf edir.

“Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30, ölkələr arasında strateji tərəfdaşlıq münasibətləri yaradılmasının 5 ili tamam olur. Ölkələr arasında ticarət və investisiya qoyuluşu dinamik inkişaf edir. Son illərdə ticarət dövriyyəsi 2,5 dəfə artıb və 3,6 milyard dollara çatıb. Birgə müəssisələrin həcmi beş dəfə artıb və 2 minə çatıb. İnvestisiya sahəsində əməkdaşlıq göstəriciləri 70 dəfə artıb”, - Türkiyə Prezidenti deyib.

Tərəflər ticarət, iqtisadiyyat, energetika, sərmayə qoyuluşu, nəqliyyat, toxuculuq sənayesi, kənd təsərrüfatı, səhiyyə, mədəni-humanitar, elm, təhsil, incəsənət, turizm, informasiya sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü İclasının Türkiyədə keçirilməsi qərara alınıb.

İclasın sonunda Özbəkistanla Türkiyə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə bağlı mühüm sənədlər imzalanıb.

Tarix: 30-03-2022, 06:26 Oxunub: 143


Bölməyə aid digər xəbərlər