Bir neçə həftə əvvəl Türkiyənin Marmaris şəhərində yeni turistik məkan yaranıb. Belə ki, şəhər limanına rusiyalı biznesmen Roman Abramoviçin 162,5 metr uzunluğa sahib “Eclipse” adlı yaxtası daxil olub.
GununNebzi.az “Spletnik”ə istinadən xəbər verir ki, lüks gəmi qısa zaman ərzində yerli sakinlərin və turistlərin marağını cəlb edib. Çox sayda insan yaxtanın fonunda şəkillər çəkdirərək paylaşıb.
“Eclipse” gəmisi fevral ayının sonlarında Karib dənizindən yola çıxıb. Türkiyəyə isə ötən həftə gəlib. Abramoviçin ikinci yaxtası “Solaris” də Türkiyə sahillərindədir və Barselonadan Bodruma gəlib.
Bildirilir ki, Qərb ölkələri rusiyalı milyarderlərə qarşı sanksiyalar tətbiq etməyə və onların xaricdəki əmlakına həbs qoymağa başladıqda bir çoxu öz yaxtalarını hələ ki onlara qarşı sanksiya tətbiq etməyən ölkələrə “təxliyə” etməyə başlayıblar. Bu ölkələr sırasında ən çox üz tutulan ölkələr BƏƏ və Maldiv də olub.
Qeyd olunub ki, Abramoviçin özü də hazırda Türkiyədədir. O, dünən İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda iştirak edib.
Bölməyə aid digər xəbərlər