Gənc müəllimə boksçu sevgilisi tərəfindən işgəncə ilə öldürüldü.
GununNebzi.az Metbuat.az-a istinadən xəbər verir ki, Türkiyənin Muğla şəhərində dəhşətli ölüm hadisəsi baş verib. Zeynəb Şənpınar adlı gənc qadına, keçmiş sevgilisi boksçu Səlim Kamaloğlu zorakılıq tətbiq edərək bədəninə ağır kəsici zərbələr tətbiq edərək öldürüb.
Zeynəbin anasının dediklərinə görə qızı cəmi bir ay Səlim Kamaloğlu ilə münasibət qurduqdan sonra ayrılıb. Amma qatil qızdan ayrılmamaq üçün ona şantaj edərək, qorxudub hətta pullarını mənimsəyirmiş.
Polisə şikayət ərizəsi verən Zeynəbin bu davranışı sevgilisini hiddətləndirib.O Zeynəbə işgəncə verərək öldürüb. Gənc qızının cansız bədənini yuyub təmizləyən kədərli ana bildirib ki, qızının bütün bədənində çürüklər və zorakılıq izləri olub. O, qatilin layiqli cəza tapmağı üçün Türkiyənin Birinci xanımı Əminə Ərdoğana müraciət ünvanlayıb.
''Əminə xanım yardım edin. Sən də bir qadınsan, kimsənin qızı ölməsin. Mənim ürəyim yandı, kimsənin ürəyi belə yanmasın. Qızım gəlinlik yerinə kəfən geyindi, kömək edin mənə.''
Türkiyə Boks Federasiyasından yaşanmış hadisə ilə bağlı bildiriblər ki, adı çəkilən Səlim Kamaloğlu federasiyanın yarışlarında iştirak etmir.O bu kimi davranışlarına görə dəfələr ilə həbs edilib.
Bölməyə aid digər xəbərlər