16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
ABŞ Konqresindən Türkiyəyə “yaşıl işıq”

ABŞ Konqresindən Türkiyəyə “yaşıl işıq”

Əvvəllər Türkiyəni “F-35” proqramından çıxarmaq üçün səy göstərən ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına görə “yaşıl işıq” yandırıb.

GununNebzi.az-ın A Haber-ə İstinadla Məlumata görə, vasitəçilik səyləri Ankaraya “F-16”ların satışı ilə bağlı Konqresdə mümkün etirazları azaldıb.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks ABŞ-ın Türkiyə ilə işləməsinin vacibliyini vurğulayıb.

“Türkiyə düzgün istiqamətdə müəyyən addımlar atıb, bəzi şeylər bizi zaman-zaman narahat etsə də, Türkiyə ilə işləməli olduğumuz sahələr var”, - deyə siyasətçi bildirib.

Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsində respublikaçıların lideri Cim Riş deyib ki, Türkiyə “F-16”lara niyə ehtiyacı olduğuna dair etibarlı arqumentlər təqdim edib.

Tarix: 6-05-2022, 15:27 Oxunub: 43


Bölməyə aid digər xəbərlər