Venesuela hökuməti koronavirusla bağlı karantin qaydalarını dəyişərək ölkədə həftəlik iş rejiminin 7 günlük olmasına dair qərar çıxarıb. Bundan sonra ölkədəki işçi kontingenti ardıcıl 7 gün işləyib, 7 gün istirahət edəcək.
Bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Twitter” səhifəsində yazıb.
“Yumşalmanın ilk həftəsi çox yaxşı keçdi və vətəndaş şüuru və vicdanı nümunəsi göstərdi. İndi 7+7 formuluna keçirik. Karantində olan günlərdə işçilər sanitar tədbirlərə ciddi riayət etməlidir”, - o yazıb.
Qeyd edək ki, 7+7 metodu virusun yayılmasına həssas olan sərhəd bölgələri üçün keçərli deyil.
Xatırladaq ki, bundan əvvəl ölkədə 5+10 günlük iş qrafiki qüvvədə idi.
Səhiyyə Nazirliyinin son məlumatına görə, Venesuelada 2 145 COVID-19 hadisəsi aşkarlanıb, 20 nəfər virusun qurbanı olub.
Bölməyə aid digər xəbərlər