21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
İranda çökən bina ilə bağlı çox sayda məmur HƏBS EDİLDİ

İranda çökən bina ilə bağlı çox sayda məmur HƏBS EDİLDİ

İranın Abadan şəhərində on mərtəbəli “Metropol” binasının çökməsi ilə bağlı bir neçə dövlət məmuru tutulub.

GununNebzi.az
“Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə bunu Xuzistan əyalətinin baş prokuroru Sadiq Cəfəri bugünkü açıqlamasında bildirib.

O qeyd edib ki, saxlanılan 10 nəfər arasında Abadanın hazırkı bələdiyyə başçısı və iki keçmiş bələdiyyə sədri də var.

Yerli sosial media fəalları dünən Abadan əhalisinin hadisə baş verən yerə toplaşaraq etiraz aksiyası keçirməsindən sonra rəsmilərin əhalini sakitləşdirmək üçün həbslər həyata keçirməyə məcbur olduğunu yazırlar.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla 12:30-da Abadanda 10 mərtəbəli bina çöküb. Bu günə olan rəsmi məlumata görə, hadisədə 8 nəfər ölüb, 32 nəfər yaralanıb və onlarla insan dağıntılar altında qalıb.

Qeyri-rəsmi mənbələr ölənlərin sayının rəsmi rəqəmlərdən daha çox olduğunu, rəsmilərin ölüm sayının gizlətməsi, təkcə yaralıların və xilas edilənlərin sayının açıqlanması ilə bağlı göstəriş verdiklərini yazırlar.

(manset.az)

Tarix: 24-05-2022, 14:54 Oxunub: 131


Bölməyə aid digər xəbərlər