15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
Bu ölkədə parlament buraxıldı - Erkən seçkilər təyin olundu

Bu ölkədə parlament buraxıldı - Erkən seçkilər təyin olundu

Küveytin vəliəhd şahzadəsi Şeyx Məşəl əl-Əhməd əs-Sabah parlamenti buraxmaq qərarına gəldiklərini açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əs-Sabah Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın adından xalqa müraciət edib. Parlamentin buraxılmasından sonra qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilərin keçirilməsi planlaşdırılır.

Əl-Sabah, məclisi buraxmaq qərarına gəldiklərini və qanuni və konstitusiya qaydalarına uyğun olaraq ümumi seçkilər çağırdıqlarını açıqlayıb. Konstitusiyanın 107-ci maddəsinə əsaslanan qərarla ölkədəki siyasi vəziyyəti düzəltməyi hədəflədiklərini qeyd edən əs-Sabah, "Milli Məclisi buraxmaq və ümumi seçki çağırmaq qərarına gəldik. Son sözü xalq deyəcək”-deyə o çıxışında bildirib.

İcra hakimiyyətinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyinə diqqət çəkən Meşal, bəzi məmurların siyasi sabitliyin təmin olunması, ölkəyə və xalqa xidmət etmək öhdəliyi götürmədiklərini bildirib:

“Milli birliyi təhdid edən və vətəndaşların istəkləri ilə bir araya sığmayan əməllər, təəssüf ki, bununla nəticələndi. Nəhayət, bu, inkişafın yolunu kəsdi”-deyib.

Tarix: 22-06-2022, 23:17 Oxunub: 24


Bölməyə aid digər xəbərlər