21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Auto Azerbaijan” yenə gömrük qanunvericiliyini pozdu

“Auto Azerbaijan” yenə gömrük qanunvericiliyini pozdu

“Hyundai” markalı avtomobillərin Azərbaycanda rəsmi distributoru “Auto Azerbaijan” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

GununNebzi.az-
ıni “Qafqazinfo"-ya istinadən məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Auto Azerbaijan” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, şirkət 2021-ci ilin iyununda da eyni maddə ilə məhkəməlik olub.

Əlavə edək ki, “Auto Azerbaijan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin İdarə Heyətinin sədri Emil İsmayılovdur. Baş ofisi İstanbulda yerləşən sözügedən şirkət başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir.

Tarix: 23-06-2022, 07:59 Oxunub: 47


Bölməyə aid digər xəbərlər