02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiyaya casusluq edən ukraynalı deputat ifşa edildi

Rusiyaya casusluq edən ukraynalı deputat ifşa edildi

Ukraynanın Təhlükəsizlik Xidməti Rusiya Baş Qərargahının Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən casus şəbəkəsini ifşa edib.

GununNebzi.az
“Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, şəbəkənin məqsədinin Rusiyaya Ukraynanı ələ keçirməyə kömək etmək olduğu iddia edilir.

Sözügedən şəbəkəyə Ali Radanın deputatı Andrey Derkaçın da daxil olduğu məlum olub.

İstintaq məlumatına görə, Andrey Derkaç müxtəlif vilayətlərdə bir sıra şəxsi mühafizə müəssisələrinin yaradılmasına rəhbərlik edib. Bildirilir ki, burada məqsəd bu strukturları Ukraynanın tez bir zamanda ələ keçirilməsində istifadə etmək olub.

Ukraynanın Təhlükəsizlik Xidməti Derkaç barəsində araşdırma başladıb.


(qafqazinfo)

Tarix: 24-06-2022, 17:53 Oxunub: 25


Bölməyə aid digər xəbərlər