02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
London Kremli özünə təhlükə hesab edir - Admiral

London Kremli özünə təhlükə hesab edir - Admiral

"Böyük Britaniya hərbi komandanlığı hesab edir ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq”.

GununNebzi.az
xəbər verir ki, bunu “BBC”yə müsahibəsində Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin bildirib.

“Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Mən hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb”, – deyə o, əlavə edib.

Radakin həmçinin vurğulayıb ki, hazırda London Kremli öz təhlükəsizliyinə ən ciddi təhdid kimi baxır, baxmayaraq ki, Çinin siyasəti Britaniya hərbçiləri arasında da narahatlıq yaradır.


(modern.az)

Tarix: 17-07-2022, 17:49 Oxunub: 30


Bölməyə aid digər xəbərlər