00:24 / 26-12-2024
Azərbaycanda matəmdir
21:14 / 25-12-2024
Qara qutu tapıldı!
Rusiyadan Türkiyəyə XƏBƏRDARLIQ - BİZ ƏLEYHİNƏYİK

Rusiyadan Türkiyəyə XƏBƏRDARLIQ - BİZ ƏLEYHİNƏYİK

Putinin xarici siyasət üzrə müavini Yuri Uşakov Türkiyənin Suriya ərazisində yeni əməliyyata başlamaq planları ilə bağlı Rusiyanın mövqeyini bildirib.

GununNebzi.az-
ın xarici mediaya istinadən məlumatına görə, Uşakov Suriyada əməliyyatlarla bağlı Rusiyanın xəbərdarlıqlarını təkrarlayıb və buna qarşı olduqlarını vurğulayıb:

“Türkiyənin Suriyanın şimalında kürd birləşmələrinə qarşı yeni əməliyyat təşkil etmək planlarına gəlincə, bu məsələ təbii olaraq müzakirə olunacaq. Rusiya olaraq bizim prinsipial mövqeyimiz Suriyada vəziyyətin tənzimlənməsinin əsas prinsiplərini pozacaq istənilən hərəkətə qarşı çıxmaqdır. Bu barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində və Astana formatında qəbul edilmiş qətnamələrdə deyilir. Bunlar Suriyanın suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmətdir”.(manset.az)

Tarix: 19-07-2022, 12:25 Oxunub: 25


Bölməyə aid digər xəbərlər