21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

Rusiya FTX Türkiyə hərbçiləri barədə xəbəri təkzib etdi

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsi və Milli Təhlükəsizlik Xidməti erməni mediasında guya türkiyəli hərbçilərin Ermənistanın Araqatsavan kəndində dövlət sərhədini keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

GununNebzi.az
Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Sərhəd İdarəsinin Mətbuat xidməti yayıb.

“Sözügedən məlumat həqiqətə uyğun deyil. Hazırda dövlət sərhədinin mühafizəsi xidməti gündəlik rejimdə həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, guya türkiyəli üç hərbçi sərhədi keçərək erməni çobanları əsir götürüb. İddialara görə, çobanlar Rusiya tərəfinin köməkliyi ilə geri qaytarılıb.

Tarix: 22-07-2022, 10:11 Oxunub: 18


Bölməyə aid digər xəbərlər