23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Məktəblər açılsa, 70 min şagirdə noutbuk hədiyyə veriləcək

Məktəblər açılsa, 70 min şagirdə noutbuk hədiyyə veriləcək

“Şotlandiya koronavirus tam şəkildə zərərsizləşdirilərsə, avqustda bütün məktəbləri heç bir sosial məsafə qaydası olmadan açmağı planlayır”.
Bu sözləri Şotlandiya təhsil katibi Jon Suinni söyləyib.
Onun sözlərinə görə, bu ölkədə bütün məktəblər ənənəvi təhsilə geri qayıtmağa hazırlaşırlar:
“Virusun qarşısının alınmasında əhəmiyyətli irəliləyişlər əldə olununb. Bu səbəbdən nazirlər avqust ayında məktəblərin fəaliyyətini yenidən bərpa etməyə hazır olduqlarını söyləyirlər.
Əvvəllər valideynlərin narahatlığına görə şagirdlərin zamanlarının çox az bir hissəsini siniflərdə keçirməsini hədəfləyirdik. Ancaq müxalif partiyalar bu qərara qarşı çıxdı. Buna görə də məktəblərin bütün işçi heyətlərinin və şagirdlərin maska taxmaq, qoruyucu üz sipərlərindən istifadə edilməsi, müntəzəm şəkildə yoxlanılması nəzərə alınmaqla təhsil müəssisələrinin açılması qərarı verildi”.
Katib qeyd edib ki, hazırda şagirdlərin tam şəkildə təhsil almalarına şərait yaratmaq hökumətin üzərində işlədiyi əsas məsələdir. Onun sözlərinə görə, bu, koronavirusun necə davam etməsindən asılıdır:
“Siniflərdə heç bir sosial məsafə qaydaları tətbiq olunmayacaq. Təbii ki, müəllim və şagirdlərin təhlükəsizliyi tam şəkildə təmin olunacaq. Əgər vürusun yayılması artarsa, “qarışıq” ( onlayn-ənənəvi) təhsilə yenidən keçid ediləcək.”
“Hökumət uşaqların məktəbəqayıdışı və itirilmiş vaxtlarını bərpa etməsinə iki il boyunca 100 milyon funt-sterlinq ayırıb. Həmçinin, onlayn təhsil zamanı əziyyət çəkən 70 min şagirdin notbukla təmin olunması üçün 30 milyon funt xərclənib”,- deyə Con Suinni sözlərinə əlavə edib.


Tarix: 25-06-2020, 16:14 Oxunub: 108


Bölməyə aid digər xəbərlər
28-04-2020, 17:00 Çində məktəblər açıldı