21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı üzvlüyü dayandırıla bilər

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı üzvlüyü dayandırıla bilər

“Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında üzvlüyü dayandırılmalıdır”.

GununNebzi.az
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxışı zamanı bildirib.

“Təhlükəsizlik Şurasının daimi üzvü Baş Assambleya tərəfindən pislənən təhrik olunmamış və əsassız müharibəyə başladıqda, bu üzvün Təhlükəsizlik Şurasına üzvlüyünün dayandırılması, mənim fikrimcə, avtomatik olmalıdır, - Mişel deyib.

“Veto hüququndan istifadə istisna olmalıdır, lakin bu, gördüyümüz kimi, qayda olub. İslahat zəruri və təxirəsalınmazdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Onlar Çin, ABŞ, Fransa, Böyük Britaniya və Rusiyadır.

Tarix: 24-09-2022, 11:58 Oxunub: 40


Bölməyə aid digər xəbərlər