21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiya Krım körpüsündəki partlayışın iştirakçılarını açıqladı

Rusiya Krım körpüsündəki partlayışın iştirakçılarını açıqladı

“Krım körpüsündəki terror aktını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov təşkil edib”.

GununNebzi.az
“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb.

“Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə təyin edib ki, Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, idarənin əməkdaşları və agent şəbəkəsi olub”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışda 4 nəfər həlak olub. Faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub.

Bununla yanaşı, qeyd olunur ki, ümumilikdə partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən 8-i isə saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və Ermənistan vətəndaşlarıdır.

Fotoda Kirill Budanov
Rusiya Krım körpüsündəki partlayışın iştirakçılarını açıqladı

Tarix: 12-10-2022, 11:34 Oxunub: 19


Bölməyə aid digər xəbərlər