02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanın YUNESKO-ya təklif etdiyi qərar layihəsi qəbul edildi

Azərbaycanın YUNESKO-ya təklif etdiyi qərar layihəsi qəbul edildi

19 oktyabr tarixində Azərbaycanın YUNESKO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

GununNebzi.az
xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

YUNESKO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, layihəyə dəstək məqsədilə 41 ölkə həmmüəllif qismində qoşulub.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib.

YUNESKO və İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.

Tarix: 19-10-2022, 18:28 Oxunub: 23


Bölməyə aid digər xəbərlər