15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
Xameneinin bacısı: “Qardaşımın avtokratik xilafətinə qarşı olduğumu bəyan edirəm” - FOTO

Xameneinin bacısı: “Qardaşımın avtokratik xilafətinə qarşı olduğumu bəyan edirəm” - FOTO

Molla rejiminin ali dini lideri Əli Xameneinin bacısı və bu rejimi tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Xamenei açıq məktub yayaraq, qardaşının və onun avtoritar xilafətinin əleyhinə olduqlarını bəyan edib.

GununNebzi.az
xəbər verir ki Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei dekabrın 6-da dərc olunan məktubunda son 40 ildə övladlarını itirən gözüyaşlı analara xitabən yazıb:

“Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm”.

O, öz “Twitter” hesabında yaydığı məktubun davamında qeyd edib:

“Bütün iranlı yaslı analar kimi, mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli, başqalarının məzlum oğul və qızlarına minqat artıq zorakılıq tətbiq edir”.
Ətraflı: Foto link bax

Tarix: 7-12-2022, 15:59 Oxunub: 21


Bölməyə aid digər xəbərlər