02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiyaya casusluq edən kəşfiyyatçı həbs edildi

Rusiyaya casusluq edən kəşfiyyatçı həbs edildi

Almaniya Kəşfiyyat Xidmətinin əməkdaşı alman Karsten L. Rusiyaya casusluq etdiyinə görə, "dövlətə xəyanət" ittihamı ilə həbs edilib.

GununNebzi.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Prokurorluğu, Almaniya Kəşfiyyat Xidmətində çalışan alman əsilli Karsten L.-nin Federal Ədalət Məhkəməsinin müstəntiq hakiminin qərarı əsasında "dövlətə xəyanət" ittihamı ilə həbs edildiyini açıqlayıb.

Bildirilib ki, şübhəli Karsten L. Rusiya kəşfiyyat xidmətinə dövlət sirri də daxil olmaqla, bir çox məlumatları çatdırıb. İstintaqdan məsul olan Federal Kriminal Polisi dünən şübhəli Karsten L.-nin paytaxt Berlindəki evində və iş yerində axtarış apararaq dəlillər toplayıb.

Tarix: 23-12-2022, 09:05 Oxunub: 16


Bölməyə aid digər xəbərlər