15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Suriyada zəlzələdə ölənlərin sayı 960-a çatıb - YENİLƏNİB

Suriyada zəlzələdə ölənlərin sayı 960-a çatıb - YENİLƏNİB

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960 nəfəri keçib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinə istinadən “Asharq Al-Awsat ” telekanalı məlumat yayıb.

Daha 2400 nəfərin yaralandığı qeyd edilir.

Bundan əvvəl Suriyada zəlzələ qurbanlarının sayının 538 nəfərə çatdığı bildirilirdi.

Bundan əvvəl İsrailin "Haaretz" qəzeti mənbələrə istinadən yazıb ki, İsrail Rusiyanın tələbi ilə görünməmiş addım atıb - iki ölkə arasında düşmənçilik münasibətlərinə baxmayaraq, zəlzələdən sonra Suriyaya yardım edib.

***

Suriyanın müxtəlif bölgələrində baş verən zəlzələdə ən azı 574 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb.

Zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya, Tartus və Rakka əyalətlərində güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

***

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

***

Kahramanmaraşın Pazarcık rayonunda saat baş verən 7,4 bal gücündə zəlzələ Misir, Livan, Suriya və İraqda da güclü hiss olunub.

GununNebzi.az
xəbər verir ki, Suriya Dövlət Xəbər Agentliyi SANA- nın məlumatına görə, zəlzələ nəticəsində ölkənin Hələb, Həma və Latakiya şəhərlərində çoxlu dağıntılar meydana gəlib.

Suriyadakı ilk təsbitlərə görə zəlzələdə ən azı 100 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.

Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük təşviş yaradıb. Livanda baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.

İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələdə insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.

Tarix: 6-02-2023, 22:01 Oxunub: 12


Bölməyə aid digər xəbərlər