21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
70 saatdan çox dağıntılar altında qaldılar...

70 saatdan çox dağıntılar altında qaldılar...

Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə dağıntılar altında qalan vətəndaşların xilas edilməsi üçün aparılan işlər 70 saatdan çoxdur ki, fasiləsiz davam edir.

GununNebzi.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağılmış binalar altından sağ çıxa bilən insanlar xilasedicilərə sevinc yaşadır. Sağ çıxanlar arasında körpələr də, yaşlılar da var.

Belə ki, Kahramanmaraşda zəlzələdən 72 saat sonra 72 yaşlı İsmail Altınoluk sağ olaraq xilas edilib.

Kahramanmaraşda daha bir nəfər 70 saat sonra dağıntılar altından çıxarılıb. 49 yaşlı Duran Şeker qurtarılandan sonra xilasedicilərə “Haqqınızı halal edin” deyib.

Eyni vilayətdə daha üç nəfər xilas edilib. Belə ki, bir ailənin üzvü olan şəxslər zəlzələdən 73 saat sonra dağıntılar altından çıxarılıblar. Xilasedicilərin uzunsürən axtarışlarından sonra 55 yaşlı Əli, həyat yoldaşı 40 yaşlı Zelal və 5 yaşlı qızları Mir Berzan Bağışa xilas edilib. Dağıntılar altından çıxarılan yaralı ailə alqışlarla qarşılanıb.

Zəlzələdən 70 saat sonra 22 yaşlı Leyla Akçam dağıntılar altından xilas edilib.

Daha bir nəfər isə Diyarbakırda xilas edilib. Belə ki, zəlzələdən 72 saat sonra Yazgül Çaçan adlı qadın dağıntılar altından xilas edilib.

Qaziantepdə bir binanın dağıntıları altından səs eşidildikdən sonra ərazidə işlər intensivləşdirilib. Xilasedicilərin uzunsürən işindən sonra 3 nəfər sağ tapılıb. 76 saat sonra yaralı şəkildə çıxarılan Ersin Tabur, Mustafa Tabur və ataları Mithat Tabur alqışlarla qarşılanıb.

Qeyd edək ki, zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb. 6 mindən çox bina dağılıb.

Tarix: 9-02-2023, 12:17 Oxunub: 19


Bölməyə aid digər xəbərlər