02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
"Fransa və Britaniya Ukraynaya əks hücuma keçməyə kömək etməlidir" - Makron

 "Fransa və Britaniya Ukraynaya əks hücuma keçməyə kömək etməlidir" - Makron

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşü zamanı iki ölkənin Ukraynaya əks hücuma keçməsinə kömək etmək niyyətini açıqlayıb.

GununNebzi.az
"Unikal"a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri ilə birgə mətbuat konfransında Makron bildirib ki, Fransa və Britaniyanın yaxın gələcəkdə arzusu Ukraynaya “dayanmaq və həyata keçirmək istədiyi əks-hücuma başlamaq” üçün kömək etməkdir.


Paris 36-cı Fransa-Britaniya sammitinə ev sahibliyi edir, sonuncu dəfə analoji tədbir 2018-ci ildə keçirilib. Sammitin əsas mövzuları arasında Ukraynadakı vəziyyət, müdafiə, iqtisadi əməkdaşlıq və immiqrasiya var.

Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, iki aydan sonra Ukrayna Silahlı Qüvvələri (AFU) əks-hücum əməliyyatına başlaya bilər. O, həmçinin vurğulayıb ki, Ukrayna ordusu 155 millimetr kalibrli ağır artilleriya mərmilərinin təchizatını artırmalıdır.

Bundan əvvəl Britaniyanın “The Economist” nəşrinin jurnalistləri Qərb silahlarının Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlamazdan əvvəl Ukraynaya daxil olduğunu yazmışdılar .

Tarix: 10-03-2023, 23:45 Oxunub: 14


Bölməyə aid digər xəbərlər