15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Türkiyədə seçki qutularının əksəriyyəti açılıb - RƏSMİ NƏTİCƏLƏR

Türkiyədə seçki qutularının əksəriyyəti açılıb - RƏSMİ NƏTİCƏLƏR

Türkiyədə seçki qutularının 91.1 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,21 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,30 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,47 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

Parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 50,66 faiz, “Millət İttifaqı” 34,45 faiz, "Əmək və Azadlıq İttifaqı" 9,49 faiz, “Ata İttifaqı” 1,93 faiz, “Sosialist Güc Birliyi” 0,24 səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib./Azərtac

Tarix: 15-05-2023, 03:50 Oxunub: 11


Bölməyə aid digər xəbərlər