02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Vaxt tükəndi...

Vaxt tükəndi...

“Titanik”in qalıqlarını ziyarət etmək istəyən turistləri daşıyan “Titan” sualtı qayığının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, qayığın yeri hələ də müəyyən edilməyib.

Qayığın 96 saatlıq həyat dəstəyinin bitməsi ilə artıq kritik saatlara daxil olunub.

5 sərnişininin tapılması üçün başlayan axtarış-xilasetmə işlərinə bazar günü səhərindən başlanılıb.
Qeyd edək ki, dəniz dibinin təxminən 4 kilometr altına çata bilən robota sahib Fransız gəmisi “Atalante” axtarış və xilasetmə işlərinə kömək etmək üçün qayığın batdığı sahəyə gəlib.

Tarix: 22-06-2023, 22:35 Oxunub: 23


Bölməyə aid digər xəbərlər