21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Rusiyada həyəcan təbili ÇALINIR

Rusiyada həyəcan təbili ÇALINIR

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamenti həyəcan təbili çalır.

GununNebzi.az
xəbər verir ki, bu barədə BBC mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu yolu) FTX qüvvələri SOBR-un (Milli Qvardiya qoşunlarının xüsusi çevik reaksiya bölmələri) dəstəyi ilə bloklar qurub. Növbətçilərə “təhlükə zamanı” atəş açmaq əmri verilir. Eyni zamanda, texnika hazırlıq rejimindədir.

Rostov vilayətində küçələrə zirehli texnikalar yerləşdirilib. Şəhərin əsas prospektləri hər iki tərəfdən bağlanıb. Ölkənin güc strukturları tam döyüşə hazır vəziyyətə gətirilib

Bir neçə başqa KİV qeyd edir ki, Moskvada təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib və paytaxtda Qala planı tətbiq edilir. Plan Daxili İşlər Nazirliyinin obyektlərinin mühafizəsini əhatə edir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında "Vaqner"in sahibi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

O iddia edib ki, çoxlu sayda ölən var və indi sıra "Vaqner"dədir. Priqojin qeyd edib ki, müdafiə naziri "Vaqner"in məhv edilməsi əməliyyatını həyata keçirmək üçün xüsusi olaraq Rostova gəlib.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, sosial şəbəkələrdə Yevgeni Priqojinin adından yayılan bütün mesajlar həqiqətə uyğun deyil və informasiya təxribatıdır.

Bunun ardınca Milli Antiterror Komitəsi məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar "silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb”.

Tarix: 24-06-2023, 02:35 Oxunub: 15


Bölməyə aid digər xəbərlər