02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Qırğızıstan prezidentinin əmisi oğlu buna görə HƏBS EDİLDİ

Qırğızıstan prezidentinin əmisi oğlu buna görə HƏBS EDİLDİ

Bişkekdə Qırğızıstan prezidenti Sadır Japarovun əmisi oğlu Ulan Japarov həbs olunub.

GununNebzi.az
xəbər verir ki, bu barədə ölkənin “24.kg” agentliyi məlumat yayıb.

Bildirilir ki, İssık-Kul rayonunun Ken-Suu kəndindən olan 32 yaşlı Ulan Japarov Bişkek polisi tərəfindən saxlanılıb. Paytaxtın Pervomayski Rayon Məhkəməsi Ulan Japarovun məhkəmənin qərarı ilə saxlanıldığını açıqlayıb.

"İlkin məlumatlara görə, Ulan Japarov barəsində Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin "Korrupsiya" maddəsi ilə cinayət işi başlanıb. Faktla bağlı Qırğızıstan Daxili İşlər Nazirliyinin İstintaq Xidməti tərəfindən araşdırma aparılır".

Bununla yanaşı, Qırğızıstan Prezidentinin mətbuat katibi Erbol Sultanbayev Ulan Japarovu həbs edilməsi xəbərini təsdiqləyib.

“Həbs olunan Ulan Japarov həqiqətən də dövlət başçısının qohumudur. O, gömrük məsələləri ilə bağlı korrupsiya sxemlərində iştirakda şübhəli bilinir. Prezident Sadır Japarov şübhəlilərə qarşı bütün hüquqi tədbirləri görməyi tələb edib”, - deyə Erbol Sultanbayev bildirib.

32 yaşlı Ulan Japarovun Qırğızıstan Prezidentinin əmisi Rakımjan Japarovun oğludur.

Tarix: 7-07-2023, 10:30 Oxunub: 10


Bölməyə aid digər xəbərlər