Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mart ayında yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilər üçün İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin adı açıqlanıb.
GununNebzi.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxs ölkənin keçmiş ətraf mühit və iqlim naziri Murat Kurumdur.
Bununla da, o, İstanbulun bələdiyyə sədri postu uğrunda İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğlunun əsas rəqibi olub.
Murat Kurum isə namizədliyinin elan edilməsindən sonra ilk açıqlamasında 16 milyon istanbullu üçün mübarizə aparacağını qeyd edib: “İstanbulun nizamsızlığını, insanların zəlzələ riski ilə bağlı qayğılarını birlikdə aradan qaldıracağıq”.
Xatırladaq ki, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər martın 31-i keçiriləcək. Ə. İmamoğlu 2019-cu ilin martından sözügedən vəzifəni icra edir.
Bölməyə aid digər xəbərlər