Rusiya Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
GununNebzi.az xəbər verir ki, bu barədə “Kommersant” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, generalın evində axtarış aparılıb. Şamarin dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın verilməsində dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilmişdi. General 6,7 milyard rubl rüşvət almaqda ittiham olunurdu.
Ondan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov da saxlanılaraq həbs edilmişdilər. Onların hər ikisi külli miqdarda rüşvət almaqda ittiham olunurdu.
***
Şamarin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bölməyə aid digər xəbərlər