20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
Onu “axmaq və qəddar” adlandırdı

Onu “axmaq və qəddar” adlandırdı
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə potensial rəqibi Kamala Harrisi “axmaq və qəddar” adlandırıb.

GununNebzi.az
xəbər verir ki, Tramp bu barədə “New York Post”a açıqlamasında danışıb.

“Kamala Harrisi iki sözlə təsvir etmək olar: qəddar və axmaq. Bu, pis kombinasiyadır”, - deyə sabiq prezident qeyd edib.

ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisin seçki qərargahının nümayəndəsi Ammar Musa isə öz növbəsində Trampın bu açıqlamasına münasibət bildirib:

“Vitse-prezident bütün karyerası boyu cinayətkarları məsuliyyətə cəlb edib və Donald Tramp da istisna olmayacaq”.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. “Associated Press” agentliyinin məlumatına görə, Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.


Tarix: 23-07-2024, 11:59 Oxunub: 1


Bölməyə aid digər xəbərlər