ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermək barədə düşünür.
GununNebzi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Baydenin sözlərinə görə, hazırda ABŞ hökuməti bu məsələ üzərində işləyir.
Bundan əvvəl “The Times” Britaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar yaxın həftələrdə Kiyevin Rusiya ərazisinin dərinliklərinə hücum qadağası ilə bağlı mövqeyini dəyişə və Ukraynaya icazə verə bilər.
Nəşrin yazdığına görə, Böyük Britaniya və Fransa Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəni dəstəkləyir, lakin Kiyev hədəfin vurulması ilə bağlı texniki səbəblərə görə ABŞ-nin icazəsini gözləyir.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər