İsrail Müdafiə Ordusu Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı üç terrorçunu zərərsizləşdirib.
GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu öz “X” hesabında paylaşıb.
Onlardan birinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar olması ehtimal edilir. Hazırda bu barədə məlumat ordu tərəfindən dəqiqləşdirilir: “İndiki mərhələdə terrorçuların şəxsiyyətini təsdiq etmək mümkün deyil”.
Məsələ ilə bağlı detalların daha sonra açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Yəhya Sinvarın öldüyü ilə bağlı iddialar yayılsa da, daha sonradan onun sağ olduğu açıqlanmışdı.
Onu da qeyd edək ki, Y.Sinvar HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülməsindən sonra hərəkata rəhbər seçilib.
***
İki səlahiyyətli şəxs İsrail hakimiyyətinə Yəhya Sinvarın ölməsi barədə məlumat verib.
“GununNebzi.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, vəziyyətdən xəbərdar olan iki məmur HƏMAS lideri Yəhya Sinvarın Qəzzanın cənubunda baş tutan əməliyyat zamanı öldürüldüyünü deyib.
İsrail televiziyaları da adı açıqlanmayan rəsmilərə istinadən xəbəri təsdiqləyib.
***
İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü təsdiqləyib.
Bu haqda ordunun “X” hesabında paylaşım edilib.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər