20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
“Bu, Tehran üçün çox ciddi nəticələrə gətirib çıxara bilər”

“Bu, Tehran üçün çox ciddi nəticələrə gətirib çıxara bilər”
“İranın İsrailə qarşı aqressiv hərəkətləri Tehran üçün çox ciddi nəticələrə gətirib çıxara bilər”.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz İrana İsrailə qarşı hər hansı növbəti hücumun onun maraqları üçün son dərəcə mənfi nəticələri olacağını bildirmək üçün regiondakı tərəfdaşlarımızla fəal əməkdaşlığı davam etdiririk”, - diplomat vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. İsrail tərəfi İranın nüvə obyektlərinə zərbə endirmək variantı da daxil olmaqla, buna cavab verəcəyini açıqlayıb.

Oktyabrın 17-də “The Washington Post” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ qəbul edilməyib.


Tarix: 24-10-2024, 20:39 Oxunub: 1


Bölməyə aid digər xəbərlər