Şarl Mişel postunu təhvil verdi

Şarl Mişel postunu təhvil verdi
Avropa Şurasının rəhbəri və Belçikanın keçmiş Baş naziri Şarl Mişel öz səlahiyyətlərini portuqaliyalı Antonio Kostaya təhvil verib.

GununNebzi.az
xarici mətbuata istinadən xəbər verir ki, Avropa Şurasının Brüsseldəki iqamətgahında səlahiyyətlərin verilməsinin rəsmi mərasimi keçirilib.

Kosta bu vəzifəyə 2024-cü ilin iyununda Aİ sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin səlahiyyətlərinin uzadılması ilə eyni vaxtda təyin edilib.

Avropa Komissiyasının ikinci tərkibi Ursula fon der Lyayenin vəzifəyə başlaması ilə sinxron olaraq dekabrın 1-də işə başlayacaq.

Xatırladaq ki, belçikalı siyasətçi Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasının prezidenti postunu tuturdu.


Tarix: Bu gün, 08:48 Oxunub: 0


Bölməyə aid digər xəbərlər