18:04 / 10-12-2024
Prezident Ərdoğana zəng etdi
10:54 / 10-12-2024
General qardaşlara ağır itki
61 il sonra...

61 il sonra...
1963-cü ildə Suriyada iqtidara gələn Baas Partiyasının 61 illik hakimiyyəti başa çatıb.

GununNebzi.az
xəbər verir ki, bu, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsindən sonra reallaşıb.

Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib. Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya Prezidenti olub.

Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.

Suriyada 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatları başlasa da, iqtidar zorakılıqla kütlələrə müdaxilə edib.

Minlərlə insanın öldürüldüyü hakimiyyət müdaxilələri prosesi vətəndaş müharibəsinə çevirmişdi. Silahlı müxalifət qrupları uzun müddət mübarizə aparsa da, beynəlxalq təzyiqlərə baxmayaraq, rejim problemin həllinə diplomatiya və sülh yolu ilə yanaşmadı.

Bu ilin noyabrın 27-də isə Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib və Həmadan başlayaraq bir çox bölgədə nəzarəti itirib.

Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib.

Bununla da 61 illik Baas və 53 illik Əsəd ailəsinin hakimiyyəti sona çatıb.

Qafqazinfo


Tarix: 8-12-2024, 12:58 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
18-07-2021, 08:15 Bəşər Əsəd and içdi