18:04 / 10-12-2024
Prezident Ərdoğana zəng etdi
10:54 / 10-12-2024
General qardaşlara ağır itki
“Bəşər Əsədlə bağlı bu qərarı Putin verə bilər”

“Bəşər Əsədlə bağlı bu qərarı Putin verə bilər”
“Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə və ailəsinə Rusiyada sığınacaq verilməsi ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putin verə bilər”.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

O, bununla belə, Bəşər Əsədə sığınacağın artıq verilməsi faktını şərh etməyib: “Əlbəttə, bu cür qərarlar dövlət başçısı olmadan verilə bilməz. Bu, onun qərarıdır. Lakin hazırda bu barədə heç nə deyə bilmərəm”.

Xatırladaq ki, Suriyada dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsinin Rusiyada olması barədə məlumat yayılıb. Bu gün isə Suriyanın Rusiyadakı Səfirliyi B.Əsədin Moskvada olmasını təsdiq edib.


Tarix: 9-12-2024, 15:29 Oxunub: 0


Bölməyə aid digər xəbərlər
9-12-2024, 10:10 Bəşər Əsəd Moskvadadır