Maqdeburqdakı (Almaniya) Milad bazarına hücumda dörd nəfər həlak olub.
GununNebzi.az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.
Bildirilir ki, ümumilikdə 200-dən çox insan xəsarət alıb.
Yaralılardan 41-nin vəziyyəti ağırdır. 86 nəfər isə ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Qalan 78 nəfər isə yüngül xəsarət alıb.
***
Almaniyanın Maqdeburq şəhərində terror aktında şübhəli bilinən şəxs terrorizm və insan alveri ittihamı ilə Səudiyyə Ərəbistanı hakimiyyətindən gizlənirmiş.
GununNebzi.az-ın məlumatına görə, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, şübhəli Taleb əl-Əbdülmöhsün 2006-cı ildə Almaniyaya yollanaraq ölkədən siyasi sığınacaq istəyib. Səudiyyə Ərəbistanında o, terrorizm və Aİ-də insan alveri ilə bağlı ittihamlarla axtarışda olub. Müəlliflər iddia edirlər ki, Almaniya onun ekstradisiyasından imtina edib.
Jurnalistlər şübhəli şəxsin "X" sosial şəbəkəsində bloq apardığına diqqət çəkiblər. O, orada anti-islam mövqeyi ifadə edərək Səudiyyə Ərəbistanını müxtəlif cinayətlərdə ittiham edib.
Bundan başqa, Əbdülmöhsün Almaniya hökumətini tənqid edib. Onun sözlərinə görə, Berlin "Aİ-nin islamlaşmasına" görə məsuliyyət daşıyır.
(oxu.az)
Bölməyə aid digər xəbərlər