“Biz Suriyanın bölünməsinə razı olmayacağıq”.
GununNebzi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı deyib.
Türkiyə lideri bildirib ki, Suriyada baş verən inqilabla bu ölkədə və bölgədə yeni dövr başlayıb:
“Biz Suriyanın bölünməsinə razı olmayacağıq. Bununla bağlı risk görsək, lazımi addımlar atacağıq. Fərqli xəyallar quranlar son hadisələrdən sonra həqiqətlə üzləşiblər.
Türkiyə varlığını və təhlükəsizliyini qorumaq üçün nələrə qadir olduğunu artıq sübuta yetirdi. İş yenə o yerə çatsa, bir gecə anidən gələ bilərik. Hər kəs öz hesablamalarını buna uyğun aparmalıdır. Bildirmək istəyirəm ki, terror baronları adından milləti təhdid edənlərə imkan verməyəcəyik. Separatçı təşkilat və onun Suriyadakı uzantıları üçün vaxt daralır”.
Bölməyə aid digər xəbərlər