23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Alimlər koronavirusun beyinə dağıdıcı fəsadları barədə xəbərdarlıq etdilər

Alimlər koronavirusun beyinə dağıdıcı fəsadları barədə xəbərdarlıq etdilərKoronavirus insan beyni üçün bir sıra dağıdıcı fəsadlara gətirib çıxara bilər.

GununNebzi.az xəbər verir ki, bu barədə Liverpul, Yel universitetlərinin, London Universitet kolleci, İkon Tibb Mərkəzi alimlərinin elmi araşdırmalarına istinadən “Nature” jurnalı bildirib.

Koronavirusa yoluxmuş və nevroloji, psixiatrik ağırlaşmaların olduğu xəstələrin 62 faizində beynin qan təchizatının pozulduğu qeyd edilir. Eyni zamanda, pasiyentlərin 31 faizində zehni qarışıqlıq və uzun müddətli huşsuzluq kimi dəyişikliklər müşahidə olunub.

Londonun Universitet kollecinin tədqiqatının nəticəsinə görə, koronavirusun ən çox yayılmış nevroloji fəsadları insult, həmçinin ensefalit – beyin toxumalarının iltihabıdır. O, daha çox ağır - başın iltihabına və əsəb hüceyrələrinin öz qabığını itirməsinə, dalğın skleroza səbəb olan kəskin dalğın ensefalomielit formasına keçə bilər.

Belə ağır pasiyentlərdən bəzilərində respirator simptomları zəif ifadə edilib.


Tarix: 19-09-2020, 11:49 Oxunub: 164


Bölməyə aid digər xəbərlər