Avropa Şurası Dağlıq Qarabağda dərhal atəşkəsə çağırır.
GununNebzi.az "TASS"a istinadla xəbər verir ki, bu barədə oktyabrın 1-də keçirilən Avropa İttifaqı Sammitinin bəyanatında deyilir.
Sammitin bəyanatında bildirilir:
"Avropa Şurası hərbi əməliyyatların dərhal dayandırılmasına və tərəfləri davamlı atəşkəsə və münaqişənin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiqləməyə çağırır. İnsanların ölümü və mülki vətəndaşlar arasında ölüm halları qəbuledilməzdir. Münaqişənin nə hərbi həlli var, nə də münaqişəyə xarici müdaxilə ola bilər. Azərbaycan və Ermənistan ön şərt olmadan predmet danışıqlara başlamalıdırlar. Avropa Şurası ATƏT-in Minsk Qrupu həmsədrlərinə dəstəyini bildirir və xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndədən münaqişənin nizamlanması prosesi üçün Aİ-nin gələcək dəstəyini öyrənməsini xahiş edir".
(publika.az)
Bölməyə aid digər xəbərlər