Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları qarşısında darmadağın olan Ermənistan ordusunda canlı qüvvə çatışmazlığı hər ötən gün sürətlə artmaqdadır.
GununNebzi.az xəbər verir ki, Azərbaycan ordusunun ötən gün 400 müqaviləli hərbçisi olan taborunu dağıtdığı Ermənistan silahlı birləşmələri üçün ölkə miqyasında könüllü dəstələri yaradılır.
Dəstələrin yaradılmasına İrəvanın Bələdiyyə Başçısı Hayk Marutyan rəhbərlik edir. Bu barədə bələdiyyə sədrinin mətbuat katibi Hakob Karapetyan özünün feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan yerli hakimiyyət orqanlarına könüllülərdən ibarət dəstələr təşkil etmək təlimatı verib. Bu çərçivədə Lori, Tavuş və Araqatsotn bölgələri ilə yanaşı, paytaxtda da dəstələr yaradılmağa başlanıb.(publika.az)
Bölməyə aid digər xəbərlər